ABŞ icazə verdi: İran 7 milyardından ancaq bu halda istifadə edə bilər

28-04-2023, 00:13           
ABŞ icazə verdi:
İran Cənubi Koreya banklarında dondurulmuş 7 milyard dollarlıq aktivlərini humanitar yardım almaq üçün istifadə edə bilər.

Ölkə.Az “TRT haber”ə istinadla xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının adı açıqlanmayan sözçüsü deyib.

“Cənubi Koreya banklarındakı İran vəsaitləri humanitar yardım işləri üçün əlçatan məhdud hesabda saxlanılıb. İranda qanunsuz saxlanılan amerikalılar ən qısa zamanda azadlığa buraxılmalıdır”.

Bu bəyanatın Cənubi Koreya prezidenti Yun Suk-Yeolun Vaşinqtona səfəri zamanı səsləndirilməsi diqqət çəkib.

Xatırladaq ki, bir neçə ay öncə Tehran və Vaşinqton Qətər və Britaniya vasitəsilə iki ölkədə məhbusların mübadiləsi və İranın Cənubi Koreyada saxladığı milyardlarla dollarlıq aktivlərinin sərbəst buraxılması üçün dolayı danışıqlar aparıb.

Qeyd edək ki, İran Cənubi Koreyanın neft ixracından əldə etdiyi və ölkədəki banklarda saxladığı 7 milyard dollarlıq valyutası ABŞ-nin birtərəfli bank sanksiyaları ilə bloklanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru