İsrail dövlətçiliyinin təməlində kimlər dayanır? -
28-04-2023, 11:04

İsrail dövlətçiliyinin təməlində Belarus torpağından çıxmış tanınmışlar dayanmışdılar.
Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenkonun İsrail Prezidenti İshaq Hersoqa bu ölkənin müstəqilliyinin 75 illiyi münasibətilə ünvanladığı təbriknamədə söhbət açılır.
«1948-ci ildə Müstəqillik haqda Bəyənnamənin bəyan olunmasından ötən müddər ərzində sizin gözəl ölkəniz öz inkişafının görkəmli yolunu keçib və Yaxın Şərqin çiçəklənmiş bağına, ticarət-iqtisadi mərkəzinə və dünya miqyaslı elmi-texnoloji mərkəzinə çevrilib. Mənə qeyd etmək xüsusilə xoşdur ki, İsrail dövlətçiliyinin təməlində Belarus torpağının yetirməsi olan məşhurlar dayanırlar - Xaim Veysman, Zalman Şazar, İshaq Şamir, Şimon Peres. Birləşmiş Millətlər Təşkilatının gələcək üzvlərindən biri kimi, Belarus Baş Məclisin bəyannaməsini dəstəkləyib, bəyannamə müstəqil İsrail dövlətinin yaradılmasını mümkün edib» - təbriknamədə qeyd olunur.
Lukaşenko eyni zamanda qeyd edir ki, Belarusda bu gün də İsraillə açıq və xoşməramlı əməkdaşlığın çoxəsrlik xarakterini yüksək qiymətləndirirlər - bu əməkdaşlıq mehriban qonşuluğun tarixinə və iki ölkənin qarşılıqlı köməyinə əsaslanır. «Biz, ticarət sahəsində, investisiya, sənaye, kənd təsərrüfatı və ərzaq istehsalı, yüksək texnologiyalar, təbabət və farmasevtika, elm və turizm sferalarında birgə fəaliyyətin genişlənməsində maraqlıyıq», - Belarus lideri qeyd edib (EADaily).