Katolik mkilsəsindən tarixdə daha bir ilk: Roma Papası qadınlara səsvermə hüququ verəcək

28-04-2023, 11:46           
Katolik mkilsəsindən tarixdə daha bir ilk:
Roma Papası Fransisk oktyabrda keçiriləcək nüfuzlu qlobal yepiskop toplantısında tarixdə ilk dəfə olaraq qadınların səs verməsinə icazə verəcək.

Rahibələr papanın müşavirə orqanı olan Sinodda səs vermək hüququ əldə ediblər.

“İllər boyu Vatikan nümayəndələri və yepiskopları qadınların səs verməsi ilə bağlı müqavimət göstəriblər. Ümid edirik ki, Sinod yaxın gələcəkdə xalqın tamhüquqlu nümayəndəlik orqanına çevrilməyə davam edəcək”, - deyə o qeyd edib.

Ənənəni pozan Papa Fransisk bəyan edib ki, səsvermə hüququ dini icmanın özünün seçdiyi və din xadimi olmayan 70 üzvünə də veriləcək, beləliklə də Sinod təkcə kilsə iyerarxiyasının toplantısı olmayacaq.

İslahat tərəfdarı olan Papa ümid etdiyini bildirib ki, onların yarısı qadın olacaq. O, həmçinin gənclərin də cəlb olunacağını vurğulayıb.

Mənbə: BBC












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru