“Sudanda atəşkəsə əməl olunmaması həmin ölkənin xalqı üçün dağıdıcı və faciəlidir”. Bu barədə BMT baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlaması zamanı bildirib. "Sudan xalqının yanında olmağa davam edirik. Təbii ki, ilk addım atəşkəsdir. Bizdə olan məlumatlara görə, hazırda münaqişələr davam edir və bu, təbii olaraq humanitar yardımların çatdırılmasına təsir edir. BMT Təhlükəsizlik Şurasında bəyan edildiyi kimi, bu münaqişədə iştirak edən liderlər Sudan xalqının mənafeyini öz şəxsi maraqlarından üstün tutur”, - deyə Dujarrik vurğulayıb.