İran və ABŞ 13 ay əvvəl məhbusların mübadiləsi barədə razılığa gəlib.
Bu barədə Livanda səfərdə olan İran XİN başçısı Hüseyn Əmir Abdullahian jurnalistlərə açıqlamasında deyib.
“İran-ABŞ məhbus mübadiləsi sazişi 13 ay əvvəl Vaşinqton nümayəndəsi və İran tərəfindən imzalanıb, lakin son həftələrdə tərəflər sazişi yeniləmək barədə razılığa gəliblər”, - nazir qeyd edib.
Nazir bildirib ki, İran məhbus mübadiləsini humanitar məsələ hesab edir: “Əldə edilə biləcək razılaşma əsasında bunu etməkdə israrlıyıq”.