Keçmiş nazir 8,5 mln. dolları basdırarkən saxlanıldı

15-06-2016, 11:07           
Keçmiş nazir 8,5 mln. dolları basdırarkən saxlanıldı
Argentinanın sabiq ictimai işlər naziri Xose Lopes monastırın ərazisində 8,5 mln. dolları basdırmağa çalışarkən polis tərəfindən saxlanılıb.
Məlumata görə, əraziyə kənar şəxsin daxil olması barədə anonim telefon zəngi əsasında Buenos-Ayresin ətrafında yerləşən monastıra gələn polis əməkdaşları keçmiş naziri qeyri-adi işlə məşğul olduğunu aşkarlayıblar.
Lakin Xose Lopes özünü itirməyib və polis əməkdaşlarına rüşvət verməyə cəhd edib. Bu nömrənin keçmədiyini görən sabiq məmur keşişlərə üz tutaraq, pulu monastıra ianə vermək məqsədilə əraziyə gəldiyini, lakin polisin buna imkan vermədiyini və pulları ondan oğurlamaq istədiyini iddia etməyə başlayıb.
Məlumata görə, Xose Lopes, təxminən 8,5 mln. dollar məbləğində olan və 160 bağlamaya bükülmüş ABŞ dolları, avro, Yaponiya iyeni və Qətər rialı kimi müxtəlif valyutada olan pulları monastırın ərazisində torpağa basdıraraq, gizlətmək istəyirmiş.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru