Rusiyanın cavabı da PUA ilə oldu

4-05-2023, 13:53           
Rusiyanın cavabı da PUA ilə oldu
Bu gecə Rusiya ordusu Kiyev, Odessa və Zaporojye vilayətlərini atəşə tutub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, Kiyev administrasiyası şəhərə PUA hücumlarının edildiyini və hava hücumundan müdafiə vasitələrinin işlədiyini bildirib.

“Cənub” Operativ Komandanlığının məlumatına görə, gecə Odessaya 15 “Şahid” PUA-sı ilə hücum edilib. PUA-ların əksəriyyəti vurulsa da, şəhərdəki təhsil müəssisələrindən birinin yataqxanasına ciddi ziyan dəyib.

Bundan başqa, Zaporojye, Slavyansk və Kramotorsk şəhərlərində də partlayışlar baş verib.

Rusların S-300 zenit-raket kompleksləri ilə Zaporojye şəhərinə zərbə endirdikləri bildirilir.

Qeyd edək ki, mayın 2-dən 3-nə keçən gecə Kremlə PUA-larla hücum edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru