"Mançester Yunayted"in hücumçusu "Çelsi"yə keçir

Bu gün, 12:38           
"Mançester Yunayted"in hücumçusu "Çelsi"yə keçir
"Mançester Yunayted"in hücumçusu Aleksandro Qarnaço tezliklə "Çelsi"yə keçəcək.

Bu barədə "The Telegraph" məlumat yayıb.

Məlumata görə, klublar 35-40 milyon funt-sterlinq dəyərində transfer üzrə razılığa gəlməyə yaxındırlar.

Jurnalist və insayder Fabrizio Romano da "X" sosial şəbəkəsindəki səhifəsində Qarnaçonun "zadəganlar"a qoşulmağa yaxın olduğunu təsdiqləyib.

Xatırladaq ki, hücumçu ötən mövsüm bütün turnirlərdə 58 matçda iştirak edib, 11 qol vurub və 10 məhsuldar ötürmə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru