“ONUN DEDİKLƏRİ CƏFƏNGİYYATDIR” - Tramp Lavrovun cavabını verdi, Moskvanı hədələdi (Yenilənib)

Bu gün, 12:24           
“ONUN DEDİKLƏRİ CƏFƏNGİYYATDIR” -
Xəbər verildiyi kimi, ABŞ Prezidenti Ağ Evdə jurnalistlərlə görüşündə Vaşinqtonun Rusiya ilə iqtisadi müharibəyə başlaya biləcəyini deyib. Tramp qeyd edib ki, o, Rusiya və Ukrayna liderləri arasında ikitərəfli görüş keçirməyə çalışacaq, çünki o, “bunun bitməsini istəyir”. Əks halda, Moskvaya qarşı daha ciddi vətəsirli iqtisadi addımlar atılacaq.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, brifinq zamanı D.Tramp Rusiya XİN başçısı Sergey Lavrovun son açıqlamalarına da qısa münasibət bildirib.

Jurnalistlər ondan Lavrovun Volodimir Zelenskinin qeyri-legitim olması və Putinin buna görə onunla sülh müqaviləsi imzalamayacağına dair dediklərinə münasibət öyrəniblər.


Tramp cavabında Lavrovun dediklərini “cəfəngiyyat” adlandırıb: “Onların nə deməsinin əhəmiyyəti yoxdur. Bütün bunlar cəfəngiyyatdır. Onların hamısı sadəcə publikaya oynayırlar".

“AzPolitika.info”

***

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsi həll olunmayacağı təqdirdə Rusiya ilə “iqtisadi müharibəyə” başlaya biləcəyini bəyan edib.

"AzPolitika" xəbər verir ki, bu açıqlama ilə prezident Donald Tramp Ağ Evdə prezident kabinetinin növbəti iclası zamanı jurnalistlərin suallarını cavablandırarkən çıxış edib:

“Mən bu münaqişənin dayanmasını istəyirəm. Bu, Dünya Müharibəsi olmayacaq, amma iqtisadi müharibə olacaq və iqtisadi müharibə pis olacaq, Rusiya üçün pis olacaq, bunu istəmirəm”, - Ağ Evin rəhbəri bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru