Fars-molla rejimi indi də Qaşqay qardaşlarımızı hədəfə alıb

30-05-2023, 00:01           
Fars-molla rejimi indi də Qaşqay qardaşlarımızı hədəfə alıb
İranda həbslər və edamlar davam edir.

Bu dəfə qaşqay türklərinin fəalı Əbülfəz Kərəmi Yadkuri Kəşkuli həbs edilib.

Bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Məlumatda onun mayın 23-ü İran təhlükəsizlik orqanları tərəfindən həbs edildiyi bildirilib.

Qeyd edilir ki, təhlükəsizlik qüvvələri Əbülfəz Kərəminin evinə hücum ediblər. Fəalı həbs etdikdən sonra evində axtarış aparılıb və ona məxsus şəxsi əşyalar müsadirə edilib.

Digər həbslər kimi fəalın hara aparıldığı və nədə günahlandırıldığı açıqlanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru