Polşa Belarus vətəndaşlarını sanksiyalar siyahısına daxil etdi

30-05-2023, 11:24           
Polşa Belarus vətəndaşlarını sanksiyalar siyahısına daxil etdi
Polşa hökuməti Belarusun 365 vətəndaşını milli sanksiyalar siyahısına əlavə etmək barədə qərar qəbul edib.

Həmçinin Rusiya Federasiyasının maliyyə sektoru ilə əlaqəli olan 20 firma və 16 şəxsin aktivlərinin dondurulması da qərara alınıb.

Bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat verib.
Sözügedən şəxslərin Şengen zonasına daxil olması da qadağan olunacaq. Onların vəsaitləri və iqtisadi resursları dondurulub.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.