Yaponiya Şimali Koreya raketinin vurulmasına göstəriş verdi: “Təhlükə olarsa, məhv ediləcək”

30-05-2023, 09:45           
Yaponiya Şimali Koreya raketinin vurulmasına göstəriş verdi:
Yaponiya Müdafiə Nazirliyinin rəhbəri Yasukadzu Hamada ölkənin özünümüdafiə qüvvələrinə Şimali Koreya tərəfindən buraxılan raketin vurulması ilə bağlı göstəriş verib.

Nazir raket Yaponiyaya təhlükə törədəcəyi təqdirdə onun vurulmasını əmr edib.

Bu barədə Yaponiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ölkənin müdafiə naziri bildirib ki, Şimali Koreya nümayəndələri yaxın günlərdə “peyk” buraxılışı adı altında ballistik raket buraxmağı planlaşdırırlar.
“Raketin Yaponiya ərazisinə düşməsi təhlükəsi olarsa, o, məhv ediləcək”, - deyə Hamada əlavə edib.

Xatırladaq ki, daha əvvəl Şimali Koreya peykin buraxılması ilə bağlı Beynəlxalq Dəniz Təşkilatına müraciət edib. Peykin cari ilin 31 may-11 iyun tarixlərində buraxılması nəzərdə tutulur.

Mənbə: MK.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru