Çin ABŞ-ın görüş təklifinə "yox" dedi

30-05-2023, 09:28           
Çin ABŞ-ın görüş təklifinə "yox" dedi
Pekin Vaşinqtonun iyunun əvvəlində Sinqapurda "Şanqri-La Dialoqu" konfransı çərçivəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə çinli həmkarı Li Şanfu arasında görüş keçirmək təklifini rədd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Pentaqon rəqabətin münaqişəyə çevrilməməsi üçün ABŞ və Çin hərbi departamentləri arasında açıq əlaqə kanallarının vacibliyini vurğulayıb.

Mayın 19-da "Bloomberg" agenyliuinin yaydığı məlumatda da göstərilib ki, Pekin Li Şanfuya qarşı ABŞ sanksiyalarının qüvvədə olduğu müddətdə iki nazirin görüşünün mümkün olmadığını bildirib. Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ administrasiyası bu sanksiyaları ləğv etməyi düşünmür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru