Rusiya Kiyevi Belarus ərazisindən S-400 raketləri atmaqla hədələyir

1-06-2023, 10:14           
Rusiya Kiyevi Belarus ərazisindən S-400 raketləri atmaqla hədələyir
“S-400 raket sistemləri “yer-yer” variantında atəş aça bilir. Onların uçuş müddəti qısa olduğu üçün təhlükə yaradır və xüsusilə bilavasitə Kiyev üçün təhlükəlidir”.

Bu sözləri Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.

“Düşmən S-400 raket sistemlərini Belarusa yerləşdirir. Bu sistemlər 200 kilometr məsafəyə qədər “yer-yer” variantında atəş aça bilir. Uçuş müddəti qısa olduğundan, xüsusilə birbaşa Kiyev üçün təhlükə yaradırlar. Paytaxtı onlardan “Patriot” kimi sistemlərlə qoruyurlar. Əgər zərbələrin endirildiyi ehtimal olunan istiqamətə yönəldilsələr, praktiki olaraq avtomatik şəkildə raketlərin aşkarlanması və məhv edilməsi funksiyası işə düşür”, - deyə o vurğulayıb.
Mənbə: Focus.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru