Kanadadan siqaret çəkənlərə yeni xəbərdarlıq

2-06-2023, 00:10           
Kanadadan siqaret çəkənlərə yeni xəbərdarlıq
Kanadadan siqaret çəkənlərə yeni xəbərdarlıq

"Paralel.az" xəbər verir ki, Kanada dünyada ilk olaraq hər siqaretin üzərinə sağlamlıqla bağlı xəbərdarlıqlar çap edir.

Kanada hökuməti, hər bir siqaretin üzərində siqaret çəkməyin təhlükələri ilə bağlı xəbərdarlıqların çap ediləcəyini açıqladı. Kanada dünyada bunu edən ilk ölkə olacaq.

“Yeni qaydalar Kanada Hökumətinin siqaret çəkənlərə kömək etmək, gəncləri və istifadə etməyənləri nikotin asılılığından qorumaq və tütünün cəlbediciliyini daha da azaltmaq üçün davam edən səylərinin bir hissəsidir. Fərdi siqaretlərin etiketlənməsi sağlamlıqla bağlı xəbərdarlıqlardan tamamilə yayınmağı demək olar ki, qeyri-mümkün edər”, - hökumətin mətbuat xidmətindən bildiriblər.

Yeni qaydalar 2023-cü il avqustun 1-dən qüvvəyə minəcək və mərhələli şəkildə tətbiq olunacaq: 2024-cü ilin aprel ayının sonuna qədər tütün məmulatlarının üzərində siqaret çəkməyin təhlükələri ilə bağlı yeni xəbərdarlıqlar görünəcək, iyul ayına qədər böyük ölçülü siqaretlərin üzərində xəbərdarlıqlar çap olunacaq və 2025-ci ilin aprelinə qədər adi siqaretlər də belə etiketlənəcək..

CNN siqaretin üzərindəki “Tütün tüstüsü uşaqlara zərər verir”, “Siqaret xərçəngə səbəb olur”, “Hər nəfəsdə zəhər” yazılarından nümunələr verir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.