Bayden yenə yıxıldı - VİDEO

2-06-2023, 11:44           
Bayden yenə yıxıldı - VİDEO
ABŞ Prezidenti Co Bayden Koloradoda ABŞ Hərbi Hava Qüvvələri Akademiyasının məzunları üçün keçirilən buraxılış mərasimi zamanı büdrəyərək yıxılıb.

Hadisənin videosu artıq sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə mavi papaqlı 80 yaşlı Baydenin yıxıldıqdan sonra təhlükəsizlik işçiləri tərəfindən tez bir zamanda ayağa qaldırılması əks olunub.
Bildirilir ki, dövlət başçısı öz yerinə qayıdarkən ayağı qum torbasına ilişib.

Qeyd edək ki, ABŞ prezidenti velosiped sürərkən və ya təyyarəyə qalxarkən ara-sıra yıxılması ilə tanınır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru