Bu Avropa ölkəsi Ukrayna siyasətini dəyişə bilər

4-06-2023, 00:06           
Bu Avropa ölkəsi Ukrayna siyasətini dəyişə bilər
Slovakiyada qarşıdan gələn parlament seçkilərində müxalifət partiyaları hakimiyyətə gələrsə, Ukraynaya dəstəyi zəiflədə bilər.

"Sitat.info" xəbər verir ki, bu barədə Slovakiya Pezidenti Zuzana Çaputova deyib.
"Əgər bu payızda hökumətə populist partiyalar rəhbərlik edərsə, Bratislavanın xarici siyasəti Macarıstanın Baş naziri Viktor Orbanın yürütdüyü siyasətə bənzəyəcək. Slovakiya Macarıstanı izləyə və Avropa Birliyinin çətin "övladı" ola bilər”, - o bildirib.

Çaputova Slovakiyanın Ukraynanın güclü müttəfiqi olduğunu vurğulayıb. Lakin onun fikrincə, yeni hökumət bu məsələdə fikrini dəyişə bilər, çünki Rusiyanın təsiri bütün Avropaya yayılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.