ABŞ-də “ChatGPT” insanları pis vəziyyətdə qoydu: İlk cərimə tətbiq edildi

24-06-2023, 15:14           
ABŞ-də “ChatGPT” insanları pis vəziyyətdə qoydu: İlk cərimə tətbiq edildi
ABŞ-də vəkillər məhkəmə prosesində “ChatGPT” neyron şəbəkəsi tərəfindən verilən feyk informasiyadan istifadə etdikləri üçün cərimələniblər.

“Levidow, Levidow & Oberman PC” adlı Nyu-York hüquq firması məhkəmə proseslərində süni intellektlə yaradılmış feyk sitatlardan istifadə etdiyinə görə 5000 dollar məbləğində cərimələnib.

Bu, dünyada ilk hadisə olub ki, süni intellekt insanı pis vəziyyətdə qoyub və cəza almasına səbəb olub.
Lakin məhkəmə hökmündən də anlaşıldığı kimi, problem süni intellektdən daha çox ondan ibarət olub ki, cərimələnən vəkillər neyroşəbəkənin verdiyi sitatların feyk olduğuna dair əlamətlərə bilərəkdən məhəl qoymayıblar.

Mənbə: “Bloomberg”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru