Putin və Lukaşenko Rusiyadakı son durumu müzakirə ediblər

24-06-2023, 13:35           
Putin və Lukaşenko Rusiyadakı son durumu müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

Oxu.Az xəbər verir ki, bu barədə Putinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Onlar həmçinin ölkədəki son durum barədə fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, bu gün gecə saatlarından etibarən “Vaqner” özəl hərbi şirkəti Rusiya Silahlı Qüvvələrinə qarşı qiyam qaldırdıqlarını bəyan ediblər.

“Vaqner”in rəhbəri Yevgeni Priqojin bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov saxlanılıb hərbi məhkəmə qarşısına çıxarılmayınca onlar silahı yerə qoymayacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru