Latviya Rusiya vətəndaşlarına vizaların verilməsini dayandırıb

27-06-2023, 10:04           
Latviya Rusiya vətəndaşlarına vizaların verilməsini dayandırıb
Latviya Rusiya vətəndaşlarından bütün növ viza müraciətlərinin qəbulunu dayandırıb.
Bbu barədə Latviya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, Rusiyada daxili siyasi hadisələrin gözlənilməz inkişafı ilə əlaqədar olaraq, iyunun 26-dan etibarən Latviyanın xaricdəki diplomatik və konsulluq nümayəndəlikləri Rusiya vətəndaşlarından bütün növ viza müraciətlərinin qəbulunu dayandırıb.

Vurğulanıb ki, əvvəllər sənədləri təqdim etmiş şəxslər lazımi prosedurlardan keçəcəklərinə ümid edə bilərlər.

“İyunun 25-dən əvvəl təqdim edilən sənədlərə baxılacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru