İtaliya hakimiyyəti ölkənin əsas mafiya liderlərindən birini həbs edib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Ələ keçirilən şəxsin adının Ernesto Faççalari olduğu bildirilib. Faççaları “Ndranqeta” mafiyasının liderlərindən biri hesab edilir.
Qeyd edək ki, Faççalari İtaliya polisinin ən çox axtardığı ikinci şəxsdir. O 20 ildir ki, axtarışdadır.