Sinqapurun “Çanqi” hava limanında “Singapore Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi eniş edərkən yanıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Sinqapur-Milan marşrutu ilə uçan təyyarə havaya qalxandan sonra yaranmış texniki problemlə əlaqədar geri dönüb.
İlkin məlumata əsasən, buna səbəb yanacaq sızması olub. Eniş zamanı təyyarənin sağ qanadı tamamilə yanıb. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər qısa müddətdə yanğının qarşısını alıb. Hadisə nəticəsində zərərçəkən olmayıb.