Gürcüstan Respublikasında məcburi orduya çağırış ləğv olunub.
teref.az axar.az-a istinadən bildirir ki, Gürcüstanın müdafiə naziri Tina Xidaşeli bazar ertəsi illik hesabatın təqdimatı zamanı hərbi xidmətə məcburi çağırışın ləğv edilməsi barədə fərman imzalayıb:
“Burada gözləriniz önündə məcburi çağırışın ləğvi haqda fərman imzalayıram. Müvafiq olaraq o, bu dəqiqədən sonra qüvvəyə minir”.