Rusiyadan Türkiyəyə başsağlığı: - “Baş əyirəm…”

29-06-2016, 11:10           
Rusiyadan Türkiyəyə başsağlığı: - “Baş əyirəm…”
Günahsız insanlar terror hücumlarının qurbanı olur.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov Tvitterdə yazıb.

O, İstanbulda törədilən terror hücumuna görə Türkiyəyə başsağlığı verib:

“Biz İstanbul, Brüssel və Paris hücumlarının dəhşətini anlayırıq. Mən baş əyir və başsağlığı verirəm”.

Qeyd edək ki, ötən gün İstanbulun Atatürk Hava Limanında 3 partlayış baş verib. Törədilən terror aktı nəticəsində 36 nəfər ölüb, 150-ə yaxın insan yaralanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.