Putin Türkiyə xalqına başsağlığı verib

29-06-2016, 14:19           
Putin Türkiyə xalqına başsağlığı verib
Rusiya prezidenti Vladimir Putin İstanbulda baş vermiş terror aktı ilə əlaqədar Türkiyə xalqına başsağlığı verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Putin rus və alman şagirdləri ilə söhbəti zamanı 36 nəfərin həyatına son qoyan terror aktını pisləyib.

“Biz təəssüflənirik, terror aktı qurbanlarının yaxınlarına başsağlığı veririk”, - deyə o vurğulayıb.

Qeyd edək ki, dünən gecə İstanbul hava limanında baş vermiş terror aktı nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.