İranın 200 milyon dollarlıq təyyarəsinə ciddi ziyan dəyib - FOTO

29-07-2023, 10:29           
İranın 200 milyon dollarlıq təyyarəsinə ciddi ziyan dəyib - FOTO
Tehranda İran Hava Yollarına (HOMA) məxsus “A300 Airbus” təyyarəsinə ciddi ziyan dəyib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, hadisə Xomeyni adına Hava Limanında dövrü yoxlamalar zamanı baş verib. Anqara aparılarkən sərnişin təyyarəsinin qanadı anqarın girişinə toxunub. Nəticədə “A300 Airbus” zədələnib.


Qeyd edək ki, həmin təyyarə İranın ən uzun gövdəli hava gəmisidir. Dünya bazarında dəyəri 200 milyon dollar (340 milyon manat) qiymətləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru