Kiyevdəki “Ana Vətən” abidəsi adı dəyişdirilir

30-07-2023, 13:14           
Kiyevdəki “Ana Vətən” abidəsi adı dəyişdirilir
Kiyevdəki “Ana Vətən” abidəsi adı dəyişdirilir
Ukrayna İkinci Dünya Müharibəsi Tarixi Muzeyi Kiyevin rəmzi hesab olunan “Ana Vətən” abidəsinin adını dəyişdirməsi ilə bağlı qərar qəbul edib.

Bu barədə muzeyin direktoru Yuri Savçuk məlumat verib.

“Muzeyimizin elmi şurasının iclası oldu və orada mühüm qərarlar qəbul edildi. Onlardan biri də “Ana Vətən” abidəsinin adının “Ana Ukrayna” adı ilə dəyişdirilməsi barədə qərar oldu.

Muzeyin direktoru abidənin adının dəyişdirilməsi ilə bağlı yekun qərarın Ukraynanın Müstəqillik Gününə qədər (24 avqust - red) veriləcəyinə ümid etdiyini vurğulayıb.
“Dəyişikliklə bağlı Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin müvafiq inzibati akt olmalıdır” - Yuri Savçuk vurğulayıb.

Mənbə: Ukr.radio












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru