Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru:"İŞİD-in Türkiyədə terror törətmək üçün öz motivi var"

30-06-2016, 10:15           

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (ingiliscə – CIA) direktoru Con Brennan İstanbuldakı Atatürk hava limanında törədilən terroru təhlil edib.

"Yahoo News" xəbər agentliyinə danışan Brennan deyib ki, bu terrorda İŞİD-in qəddar izləri var.

CIA şefinə görə, son vaxtlar ciddi mövqe itkilərinə məruz qalan İŞİD İraq və Suriyadan kənarda, müxtəlif ölkələrdə “bombalı hücumlarla” çıxış yolu axtarır.

Brennan həmçinin, İŞİD-in ABŞ-da da terror törətmək istədiyini deyib. CIA direktoru bildirib ki, İŞİD-in mümkün qədər çox sayda insan öldürmək “motivasiyası” var və hədəflərindən biri də ABŞ-dır: “İŞİD-in belə bir hücumu ABŞ-da da törətmək istəməsinə təəccüb etməzdim”.

Brennan vurğulayıb ki, belə terror hərəkətlərinin qarşısını almaq təhlükəsizlik qüvvələri üçün çox çətindir: “Türkiyə hava limanında olanlara baxın. Bunlar sui-qəsd jiletləri geyir. Bunları hazırlamaq çətin deyil. Əgər qərarlı, qaçmaq niyyəti olmayan və öləcəyini bilən bir düşmənlə qarşı-qarşıyasınızsa, o zaman belə hücumları önləmək baxımından strategiyanız qarışıq hala gəlir”.

CIA şefinə görə, İŞİD Suriya ilə sərhəd boyu məhz Türkiyə ordusundan zərbələr aldığı üçün bu ölkədə terroru yaymaq istəyir. Brennanın fikrincə, xüsusən də son dönəmdə Türkiyə İŞİD-lə mübarizədə önəmli addımlar atıb və bu baxımdan İŞİD-in Türkiyədə terror törətmək üçün öz aləmində motivi var.

azadliq.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.