Çində yeniyetmələr üçün internetə giriş məhdudlaşdırıla bilər
4-08-2023, 09:34
Çində yeniyetmələr üçün internetə giriş məhdudlaşdırıla bilər. Bu təkliflə Çin Xalq Respublikasının (ÇXR) İnternet İnformasiyası Dövlət İdarəsi çıxış edib. 16-18 yaşlı yeniyetmələr üçün smartfonla internetdən istifadənin iki saat, 8-15 yaş arası olanlar üçün isə 40 dəqiqəyə kimi məhdudlaşdırılması təklif olunur.
İdarə hesab edir ki, qadağa vətəndaşların internet asılılığı ilə mübarizəsinə kömək edəcək. apnews.com