Gürcüstanda sürüşmə zonasında 50-yə yaxın insan itkin düşüb - YENİLƏNİB + VİDEO
4-08-2023, 09:27
Xilasedicilər Gürcüstanın Raça yüksək dağlıq bölgəsində “Sunset Shovi” otelinin yaxınlığında sürüşmə zonasında olan 50-yə yaxın insanla əlaqə yarada bilmirlər.
Bu barədə respublikanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze bildirib. “Hazırda 70-dək vətəndaş təbii fəlakət zonasından çıxarılıb, 152 nəfərin şəxsiyyəti müəyyən edilib. Onlar xilasedicilər və polis əməkdaşları ilə birlikdə təhlükəsiz yerdədirlər. Onlar lazım olan hər şeylə təmin olunublar”, - deyə nazir bəyan edib.
Gürcüstanın Daxili İşlər Nazirliyi torpaq sürüşməsindən sonra itkin düşənlər barədə məlumatı olan insanlar üçün artıq “qaynar xətt”i işə salıb.
18:16 Gürcüstanın qərbindəki Şovi kurort zonasında torpaq sürüşməsi baş verib.
Gürcüstanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sürüşmə nəticəsində 6-sı uşaq olmaqla 16 nəfər torpaq altında qalıb.
Əraziyə iki xilasedici helikopter göndərildiyi bildirilib.