Aİ Belarus vətəndaşları və şirkətlərinə qarşı sanksiya tətbiq etdi

4-08-2023, 10:37           
Aİ Belarus vətəndaşları və şirkətlərinə qarşı sanksiya tətbiq etdi
Avropa İttifaqı (Aİ) Ukraynadakı münaqişəyə görə Belarusun 38 vətəndaşı və üç şirkətinə sanksiya tətbiq edib.

Bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan müvafiq sənəddə deyilir.

“Belarusdakı vəziyyətin ciddiliyini və Rusiyanın Ukraynaya təcavüzündə iştirakını nəzərə alaraq, siyahıya 38 fiziki və üç hüquqi şəxs daxil edilməlidir”, - deyə məlumatda bildirilir.

Qara siyahıya Belarus hakimləri, müstəntiqləri, jurnalistlər, təhlükəsizlik işçiləri daxil edilib. Bundan əlavə V.İ.Kozlov adına Minsk Elektrotexnika Zavodu, BMZ (BMK holdinqinin idarəedici şirkəti), habelə Belarus Dövlət Neft və Kimya Konserni də sanksiyalara məruz qalıb.
Qara siyahıya düşən bütün şəxslərin Aİ-yə girişi qadağan edilib. Həmçinin, onların aktivləri aşkar edilərsə, dondurulacaq.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru