10 yaşdan yuxarı qızların məktəbə getməsi qadağan edildi

6-08-2023, 14:08           
10 yaşdan yuxarı qızların məktəbə getməsi qadağan edildi
Yerli Taliban rəsmiləri Əfqanıstanın bəzi əyalətlərində 10 yaşdan yuxarı qızların ibtidai məktəbə getməsini qadağan edib.

Bildirilib ki, Talibanın nəzarətində olan Təhsil Nazirliyinin rəsmiləri Qəzni əyalətindəki məktəb direktorlarına “10 yaşından yuxarı hər hansı qızın ibtidai məktəbə getməsinə icazə verilmir” əmrini göndəriblər.

Kabilin süqutundan və Talibanın hakimiyyəti ələ keçirməsindən qısa müddət sonra, Əfqanıstanda qızların orta təhsil alması qadağan edilib və orta məktəblər yalnız oğlanlar üçün nəzərdə tutulub.

Ötən ilin dekabrında isə Taliban qadınların kollec və universitetlərə daxil olmasını da qadağan edib.

Qeyd edək ki, Taliban rejimi dünyada yeganə administrasiyadır ki, əhalisinin təxminən yarısına orta təhsili qadağan edib.
bbc












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru