Nüvə müharibəsinin təbilləri yenidən çalınır - Quterreş

6-08-2023, 13:49           
Nüvə müharibəsinin təbilləri yenidən çalınır - Quterreş
Bəzi ölkələr nüvə silahından istifadə ehtimalı ilə hədələdiyindən, nüvə müharibəsinin kölgəsi dünyanı yenidən bürüyüb.

Axar.az xəbər verir ki, bu barədə BMT baş katibi Antonio Quterreşin Yaponiyada ABŞ-ın Xirosimaya atom bombası atmasının 78-ci ildönümünə həsr olunmuş anım tədbiri ilə bağlı müraciətində qeyd olunub.

“Nüvə müharibəsinin təbilləri yenidən çalınır. Etibarsızlıq və fikir ayrılıqları güclənir. Soyuq müharibə illərində dünya başı üstünü almış nüvə kölgəsi yenidən üzə çıxıb və bəzi ölkələr yenidən ehtiyatsızlıqdan nüvə qılıncını cingildəyir, bu məhvetmə vasitəsindən istifadə etməklə hədələyir”, - baş katib bildirib.

Quterreş bütün ölkələri bir daha nüvə silahından tam imtina etməyə çağırıb.

Onun sözlərinə görə, nüvə tərksilahı BMT-nin əsas məqsədlərindən biridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru