İraqda “Telegram” bloklandı

7-08-2023, 00:07           
İraqda “Telegram” bloklandı
İraqda “Telegram” bloklanıb.

Redaktor.az xəbər verir ki, bu barədə İraq Kommunikasiya Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, “Telegram” ölkənin milli təhlükəsizliyi və vətəndaşların şəxsi məlumatlarının qorunması üçün bloklanıb. Nəzərə çatdırılıb ki, İraqın səlahiyyətli orqanları dəfələrlə rəsmi dövlət qurumlarının sirlərinin və iraqlıların şəxsi məlumatlarının yayılmasının qarşısının alınması üçün “Telegram” platforması ilə əməkdaşlıq üçün müvafiq şirkətin rəhbərliyinə müraciət edib. Ancaq şirkət İraq hakimiyyətinin heç bir sorğusuna cavab verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru