Paytaxt liderlərin gəlişinə hazırlaşır: Hökumət “it planı”nı qəfil geri çəkdi

7-08-2023, 06:48           
Paytaxt liderlərin gəlişinə hazırlaşır: Hökumət “it planı”nı qəfil geri çəkdi
Hindistanın paytaxtı Dehli dünya liderlərinin gələn ay keçiriləcək G20 sammitinə hazırlaşır.

Bunun üçün paytaxtındakı minlərlə sahibsiz iti tutmaq və sığınacaq vermək planını dayandırıb.

Cebhe.info xəbər verir ki, yeni Dehli bələdiyyə hökuməti cümə axşamı günü itləri butik otellərdən və məşhur turistik yerlərdən kənarda tələyə salacağını və sammitdən sonra onları heyvanların sterilizasiya mərkəzlərində saxlayacağını açıqlayıb.

Lakin bazar günü yerli bir məmur AFP-yə bildirib ki, bu plan həftə sonu qəfil geri çəkilib.

Yerli media it tutma sxeminin Dehli sakinlərinin və heyvan hüquqları müdafiəçilərinin etirazına səbəb olduğunu bildirib.

2012-ci ildə Hindistanda heyvanlarının siyahıyaalınmasına görə, Dehli küçələrində 60.000-dən çox sahibsiz it yaşayır.

Yerli hakimiyyət orqanları tərəfindən itlərin sayının nəzarətdə saxlanılması üçün mütəmadi olaraq sterilizasiya kampaniyaları keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru