Ermənistan rəsmisi iranlı həmkarını İŞİD-ə bağladı - FOTO

8-08-2023, 00:06           
Ermənistan rəsmisi iranlı həmkarını İŞİD-ə bağladı - FOTO
Ermənistanın Milli Təhlükəsizlik Şurasının sədri iranlı həmkarını “İŞİD-in Ali Milli Təhlükəsizlik Şurasının sədri” adlandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, Ermənistanın Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Əkbər Əhmədiyanla telefon danışığı aparıb.

Məlumata görə, tərəflər iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Maraqlıdır ki, Qriqoryan öz rəsmi səhifəsində dərc etdiyi məlumatda iranlı həmkarının vəzifəsini “İŞİD-in Ali Milli Təhlükəsizlik Şurasının sədri” kimi qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru