İstanbul faciəsində şübhəli bilinən Çatayevi həbsdən kim buraxdırıb?

1-07-2016, 11:35           

İstanbul aeroportuna hücumda şübhəli bilinən əslən Çeçenistandan olan Əhməd Çatayev bir neçə ay Gürcüstanda həbsdə olub.

teref.az APA-ya istinadən bildirir ki, bu barədə hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixael Saakaşvili öz "Facebook" səhifəsində deyib.

M. Saakaşvili qeyd edib ki, Ə. Çatayev 2012-ci ildə azadlığa buraxılıb.

"Biz hakimiyyətdə olanda hazırda Odessa polisinə rəhbərlik edən general Qeorqi Lordkipanidzenin rəhbərliyi ilə keçirilən antiterror əməliyyatı zamanı Ə. Çatayev həbs edilmişdi. Həmin əməliyyat zamanı bizim təhlükəsizlik qüvvələrimizin 3 əməkdaşı həlak olmuşdu. 2012-ci ildə Bidzina İvanişvilinin rəhbərliyi altında qurulan yeni hökumət isə onu siyasi məhbus hesab etdiyi üçün azadlığa buraxdı".

Dünən Rusiya Silahlı Qüvvələrindəki mənbə Ə. Çatayevin dəfələrə həbsdə olduğunu açıqlayıb. Bu ilin yanvarında isə Rusiya Milli Antiterror Komitəsi Ə. Çatayevin İŞİD-in Avropa və Rusiyada terror aktları həyata keçirmək üzrə xüsusi birləşməsinin komandiri olduğu barədə xəbərdarlıq edib.

Qeyd edək ki, iyunun 28-də Atatürk aeroportunda üç terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində 44 nəfər həalk olub, 237 nəfər yaralıb.

Xatırladaq ki, Türkiyə hökuməti Atatürk aeroportuna hücumun arxasında İŞİD-in dayandığını bildirib. Artıq terror hadisəsi ilə əlaqəsi olan 13 nəfər saxlanılıb.

Onlardan 3-ü əcnəbidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.