Külək prezidentin qızını pis vəziyyətdə qoydu - FOTOLAR
1-07-2016, 11:48
Dünən ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişel, qızları Maliya və Saşa İspaniyaya səfər edib.
Prezidentin ailə üzvləri Madridin hava limanı üçün münasib olmayan geyimlər seçib. Belə ki, Barak Obamanın xanımı və qızları hava limanında güclü küləklə qarşılaşıb. Xüsusilə də, Maliyanın qısa paltarı onu çətin vəziyyətdə qoyub. ABŞ-ın birinci xanımı və qızı qalxan donunun ətəyini dərhal aşağı salmağa çalışsa da, fotoqraflar maraqlı məqamı çəkməyə nail olub.
Qeyd edək ki, İspaniyaya səfər zamanı birinci xanımın anası Marian Şilds də onlarla bir yerdə olub.(Publika.az)