İstanbul terrorunun təşkilatçısı: - 4 ölkənin axtardığı Əhməd Çatayev KİMDİR?

1-07-2016, 12:14           
İstanbul terrorunun təşkilatçısı: - 4 ölkənin axtardığı Əhməd Çatayev KİMDİR?
İstanbul terrorunun təşkilatçısının adı məlum olub.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisəni çeçen millətindən olan Əhməd Çatayev təşkil edib.

Rusiya xüsusi xidmət orqanları Çatayevin 2013-cü ilə qədər Şimali Qafqaz mücahidlərinin lideri Doku Umarovun yanında xidmət etdiyi lakin onun ölümündən sonra İŞİD-in xidmətinə keçdiyini yazıb.

Əhməd Çatayev Dağıstan əsilli kamikadze Osman Vadinov və daha 2 terrorçunu Fatih rayonundakı mənzillərdən birinə yerləşdirib.

Mayın 25-də Türkiyə daxil olan terrorçular “Historia” ticarət mərkəzinin yaxınlığında məskunlaşıb və iyunun 28-də taksi çağırararaq aerportda terror törətməyə yollanıblar.

Əhməd Çatayevin indi harada olması məlum deyil.

O, rus-çeçen münaqişəsinin aktiv iştirakçısı kimi 2003-cü ildə Avstriyadan siyasi sığınacaq almışdı.

Çeçen döyüşçüsü həbsdə rusların onun əlini kəsdiyi bildirmişdi.

2008-ci ilin martında İsveçin Trelleborq şəhərində üzərində silahla saxlanılan Çatayev 1 ildən artıq həbsdə qalıb.

O sonradan Ukraynaya köçmüş və Rusiya tərəfinin tələbi ilə həbs olunub.

Lakin Kiyev məhkəməsinin qərarı ilə azadllığa buraxılan mücahid 2011-ci ildə Gürcüstanda saxlanılmışdı.

O zaman Lopota dərəsində baş verən döyüş zaman 11 çeçen döyüşçüsü və 3 gürcü xüsusi təyinatlısı həlak olmuşdu.

Tbilisi məhkəməsi bir neçə ay həbsdə saxlanılan Əhməd Çatayevin günahsız olması barədə qərar verərək onu azadlığa buraxmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.