İŞİD ÖZ DƏSTƏKÇİSİNƏ NİYƏ HÜCUM ETDİ? – Hizbullah liderindən şok açıqlamalar

2-07-2016, 09:41           

“AzPolitika” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu şok açıqlamaları, Hizbullah lideri Həsən Nəsrullah, Qüds Günü səbəbiylə etdiyi çıxışında İstanbul Atatürk Havalımanında baş verən terror aktı haqda açıqlama verərkən danışıb. Hizbullah lideri Həsən Nəsrullah, dünən reallaşdırılması planlanan Qüds Günü gedişini təhlükəsizlik səbəbi ilə ləğv etdiklərini açıqlamış, bunun yerinə televiziyada danışacağını bildirmişdi.

Televiziyada müxtəlif şərhlər edən Nəsrullah, İstanbul Atatürk Havalımanında həyata keçirilən hücuma dair də danışaraq, “Türkiyə İŞİD-i mümkün olan hər yolla dəstəkləyərkən, İŞİD hansı səbəbdən Türkiyəyə hücum etdi?” deyə sual ünvanlayıb.

Nəsrullah, məntiqli olanın İŞİD-in Türkiyəyə hücum etməməsi olduğunu, ancaq təşkilatın ideologiyası səbəbi ilə bu cür hücumlar etmək məcburiyyətində olduğunu açıqlayıb.

Nəsrullah, “Bu İŞİD-in ideologiyasıdır, Əl Nusra və Əl Qaidənin ideologiyası ilə eyni və bunların hamısı Səudiyyə Ərəbistandakı Vəhabilikdən gəlir, əgər bizim apardığımız döyüşlər olmasaydı, Livanda hər gün 8 intihar bombaçısı olardı və vəziyyət çox daha pis vəziyyətə gələrdi” deyə açıqlama verib. Hizbullah lideri, İŞİD-in Livandakı Əl Kaada həyata keçirdiyi hücumun səbəbinin də, El Kaadakı xristian əhali olduğunu, ancaq Livan xalqını qorumaq üçün əllərindən gələni edəcəklərini də dilə gətirib.

Xatırladaq ki, İstanbul Atatürk Havalimanında İŞİD tərəfindən törədilən terror aktı nəticəsində 44 nəfər həlak olub, 239 nəfər isə yaralanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.