Putinin dünyanı şoka salan sərvəti – Dünyanın ən varlı ikinci adamı
2-07-2016, 09:55
Rusiya prezidenti Vladimir Putin 70 milyard dollarlıq sərvətlə dünyanın ikinci varlı adamıdı. Bu iddia ilə “Celebritynetworth” adlı internet saytı çıxış edib. İddiaya görə, Putinin təxminən 70 milyard dollar sərvət ilə “Microsoft”un banisi Bill Qeytsdən sonra dünyanın ən zəngin 2-ci adamıdır.
Sayt yazır ki, atası əsgər, anası da fabrik işçisi olan Putin, SSRİ-nin çöküşündən sonra, Qazpromdan aldığı 4,5 faizlik payla varlanıb. Sonradan isə Putin Surqutneftqaz adlı enerji şirkətini qurub. Hazırda o şirkətin səhmlərinin 50 faizi Putinə məxsusdur.
Sayt iddia edir ki, illik gəliri 100 milyard dollar olan Qazpromda 4. 5 faiz səhmə malik olmaqla Putin, milyonlar qazanmağı bacarıb. İddiaya görə, Putinin gəlirləri Rusiya ilə yekunlaşmır, onun İsveçrə şirkəti olan “Quvnor”da da payı var.
“Putinin eyni zamanda lüks saatlara də həvəskar olduğu bildirilir. Onun taxdığı Filip Peyti marka saatlarından ibarət kolleksiyasının qiymətinin 700 min dollar olduğu deyilir. Özünün sahib olduğu bildirilən 40 milyon dollarlıq yaxta isə sərvətinin ən nadir parçalarından biridir. Rus liderin ölkə miqyasında 20 villası da var. Bunların içində bir villanın tarixi qala olduğu da iddialar arasındadır.
Rəsmi qeydlərə görə illik qazancı 187 min dollar olan Putinin 500 min dollarlıq sərvətinin olduğu bildirilir” deyə sayt qeyd edir.
Qeyd edək ki, bir müddət öncə, “Hedge” fondunun rəhbəri Bill Brovder Vladimir Putinin dünyanın ən zəngin adamı olduğunu iddia etmişdi. Brovderə görə, Putinin şəxsi sərvətinin dəyəri 200 milyard dollardır.