Braziliya Prezidenti ticarətdə dollardan imtinaya çağırıb

23-08-2023, 09:52           
Braziliya Prezidenti ticarətdə dollardan imtinaya çağırıb
BRICS ölkələri bir-biri ilə ticarət apararkən ABŞ dollarından imtina etməyə çalışmalıdırlar və bu, ABŞ valyutasına meydan oxumaq cəhdi kimi qəbul edilməməlidir.

APA xəbər verir ki, bu barədə Braziliya Prezidenti Lui İnasiu Lula da Silva bildirib.

“Əgər mən Çinlə ticarət edirəmsə, onda niyə bunun üçün dollardan istifadə etməliyəm? Braziliya və Çin kifayət qədər böyük ölkələrdir ki, öz valyutalarından və ya başqa baza valyutasından istifadə edə bilərlər, - deyə Braziliya Prezidenti söyləyib.

Qeyd edək ki, Braziliya Prezidenti Cənubi Afrikada keçirilən BRICS Liderlərinin Sammitində iştirak edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru