Belarus Cənubi Osetiyanın müstəqilliyini tanıyacaq? - Lukaşenko gec-tez...

23-08-2023, 14:47           
Belarus Cənubi Osetiyanın müstəqilliyini tanıyacaq? - Lukaşenko gec-tez...
Cənubi Osetiya Rusiya və Belarusun ittifaq dövlətinə qoşulmaq istəyir.

Publika.az xəbər verir ki, bu barədə RİA Novosti-yə qondarma respublikanın “prezident”inin “müşavir”i Vyaçeslav Qobozov məlumat verib.

Onun sözlərinə görə, İttifaq dövlətinə qoşulmaq Cənubi Osetiyanın prioritetlərindən biridir. Respublika üçün Belarus tərəfindən tanınması vacibdir və bu, yeni üfüqlər açacaq.

Qobozov qeyd edib ki, Aleksandr Lukaşenko gec-tez Tsxinvalın suverenliyinin tanınmasının faydalarını dərk edəcək.

Xatırladaq ki, Belarus Abxaziya və Cənubi Osetiyanın suverenliyini tanımır. Cənubi Osetiyanı Rusiyadan başqa Venesuela, Nikaraqua, Suriya və Nauru da tanıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru