Yaponiya Ukraynaya 7 milyard dollarlıq yardım edəcək

24-08-2023, 11:34           
Yaponiya Ukraynaya 7 milyard dollarlıq yardım edəcək
Ukrayna paytaxtı Kiyevdə keçirilən beynəlxalq Krım platformasının 3-cü sammitində onlayn çıxış edən Yaponiyanın Baş naziri Fumio Kisida Kiyevə 7 milyard ABŞ dollarına qədər yardım ediləcəyini açıqlayıb.

Bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.

“Yaponiya ehtiyacdan asılı olaraq daim Ukraynanı 7 milyard ABŞ dollarına qədər müxtəlif yardımlarla təmin edəcək”, – o deyib.

Bundan əlavə, Yaponiya yardım göstərmək üçün müharibədən sonrakı bərpa və fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə təcrübə və bacarıqlarından istifadə edəcək.

Kisida Yaponiyanın, Krım da daxil olmaqla, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəklədiyini və G-7 ölkələri də daxil olmaqla, beynəlxalq ictimaiyyətlə yaxından işləməyə və Ukraynaya davamlı dəstək verməklə Rusiyaya qarşı sanksiyalara qoşulmağa davam edəcəyini bir daha vurğulayıb.

“Mən bu ilin martında Kiyev və Buçaya səfər etdim və öz gözlərimlə faciənin şahidi oldum. Bu, mənim Rusiyanın Ukraynaya təcavüzünün beynəlxalq nizamın əsaslarını aşan fövqəladə hal olduğuna əminliyimi təsdiq etdi”, – o söyləyib.

Kisida vurğulayıb ki, Yaponiya sülhü təmin etmək və onu yenidən gözəl Ukrayna torpağına qaytarmaq üçün Ukrayna xalqının tərəfindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru