Fransa Qvianasında qatil arılar turistlərə hücum etdi: Ölən var - FOTO

24-08-2023, 13:05           
Fransa Qvianasında qatil arılar turistlərə hücum etdi: Ölən var - FOTO
Fransa Qvianasında qatil arı sürüsü turist qrupuna hücum edib.

Nəticədə 65 yaşlı qadın ölüb.

Bu barədə “Guyane La Premiere” radiostansiyası məlumat yayıb.

Məlumata görə, qrupda 34 nəfər olub. Onlar çimdikləri zaman gözlənilmədən Afrika arılarının hücumuna məruz qalıblar. Qadın yerindəcə ölüb, 13 nəfər isə xəsarət alıb.

Onlara kömək etmək üçün gəmi və helikopter cəlb olunub. Aralarında dörd yaşlı uşaq olmaqla dörd nəfər Qviananın paytaxtı Kayen şəhərində xəstəxanaya yerləşdirilib.
Vəziyyətləri ağır qiymətləndirilir, lakin həyati təhlükələri yoxdur.

Daha doqquz nəfərin vəziyyətinin isə orta ağır olduğu bildirilir.







Mənbə: MK.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru