Çin sədrinin köməkçisinin bir saniyə gecikməsi ona baha başa gəldi - VİDEO

24-08-2023, 13:24           
Çin sədrinin köməkçisinin bir saniyə gecikməsi ona baha başa gəldi - VİDEO
Çin Prezidenti Si Cinpinin köməkçisi BRİKS sammitində təhlükəsizlik qüvvələri tərəfindən kobud şəkildə saxlanılıb.

Bu barədə sosial şəbəkədə kadrlar yayılıb.

Qeyd olunur ki, Çin sədri ölkə liderləri ilə görüşməyə gedəndə köməkçisi gecikib. O, Si Cinpinə çatmaq üçün arxasınca qaçıb, ancaq mühafizəçilər onun qolunu buraraq saxlayıblar və içəri buraxmayıblar.
Jurnalistlər hesab edirlər ki, saxlanılan şəxs Çin rəhbərinin mühafizəçisi ola bilər. Ancaq Si Cinpinin özünün ondan uzun olmasını nəzərə alaraq, onun köməkçi məsləhətçilərdən biri olduğu da ehtimal edilir.

Mənbə: İzvestiya












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru