İranda terror aktının törədildiyi ziyarətgah ətrafında əcnəbilərin yaşaması qadağan edildi - FOTO

25-08-2023, 12:09           
İranda terror aktının törədildiyi ziyarətgah ətrafında əcnəbilərin yaşaması qadağan edildi - FOTO
Şiraz şəhərindəki Şahçıraq ziyarətgahına edilən silahlı hücumdan sonra ibadət məkanı ətrafında əcnəbi vətəndaşların məskunlaşmasına qadağa qoyulub.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə Fars əyalətinin valisi Məhəmməd İmamiyə dini məkanların təhlükəsizliyini artırmaq məqsədi ilə yeni tədbirlərdən danışarkən bildirib.

Onun sözlərinə görə, ETTELAAT-a (Təhlükəsizlik və Kəşfiyyat) məlumat vermədiyi təqdirdə müqəddəs ziyarətgahların ətrafındakı 57 hektarlıq ərazidə əcnəbi vətəndaşların yaşaması qadağandır. Bundan başqa Şirazda bir sıra iş yerlərində əcnəbilərin ETTELAAT-ın icazəsi olmadan işə götürülməsi qadağan edilib.
Xatırladaq ki, Şahçıraq ziyarətgahına edilən terror aktı nəticəsində 13 nəfər ölmüş, 20 nəfər isə yaralanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru