ABŞ Ukrayna taxılının ixracı üçün əlverişli yollar tapıb

26-08-2023, 08:57           
ABŞ Ukrayna taxılının ixracı üçün əlverişli yollar tapıb
ABŞ Rusiyanın taxıl müqaviləsindən çıxmasından sonra Ukrayna taxılının ölkənin ərazi suları və quru yolu ilə ixracı üçün marşrutlar tapıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sanksiyaların koordinasiyası idarəsinin rəhbəri Ceyms O'Brayen deyib.

Onun sözlərinə görə, yaxın aylarda Vaşinqton Ukraynadan ixracın müharibədən əvvəlki həcminə qayıtmaq niyyətindədir.

“Düşünürəm ki, biz Ukrayna ərazi suları və qurudan keçməklə əlverişli marşrutların olduğunu görürük və qarşıdakı bir neçə ay ərzində Ukraynadan müharibədən əvvəlki ixraca qayıtmağı hədəfləyirik”, - O'Brayen bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru