ABŞ-də Baydenin istirahət yeri üzərində hava məkanı pozulduğu üçün havaya “F-16”lar qaldırılıb

26-08-2023, 12:38           
ABŞ-də Baydenin istirahət yeri üzərində hava məkanı pozulduğu üçün havaya “F-16”lar qaldırılıb
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcıları mülki təyyarənin ABŞ Prezidenti Co Baydenin istirahət etdiyi Taho gölü (Nevada) ərazisində bağlı hava məkanını pozması səbəbindən havaya qaldırılıb.

Bu barədə Şimali Amerika Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı (NORAD) yaydığı yazılı açıqlamada bildirib.

“Bu səhər iki NORAD “F-16” qırıcısı və ABŞ Sahil Mühafizəsinin bir “MH-65 Dolphin” helikopteri mülki təyyarənin Taho gölü (Nevada ştatı) ərazisində müvəqqəti uçuş məhdudiyyəti zonasını pozması ilə bağlı hərəkətə keçib. Mülki təyyarə yerli vaxtla təxminən saat 7:50-də (Bakı vaxtı ilə saat 18:50 - red.) zonanı pozub və zonadan kənara çıxarılıb”, - deyə açıqlamada deyilir. Təyyarə insidentsiz ərazini tərk edib.

NORAD vurğulayıb ki, qırıcılar mülki təyyarənin pilotunun diqqətini cəlb etmək üçün məşəllər atıblar.
“Məşəllərdən istifadə edərkən, biz ilk növbədə təyyarənin və yerli sakinlərin təhlükəsizliyinin qayğısına qaldıq. Onlar tez bir zamanda, tamamilə yanır və yerdə olan insanlar üçün təhlükə yaratmır”, - deyə əlavə ediblər.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru