ABŞ və müttəfiqlərinin təlimləri müharibəyə səbəb ola bilər

26-08-2023, 09:26           
ABŞ və müttəfiqlərinin təlimləri müharibəyə səbəb ola bilər
ABŞ və müttəfiqlərinin Koreya yarımadasında keçirdiyi hərbi təlimlər nəticədə müharibəyə səbəb ola bilər.

Publika.az TASS-a istinadən xəbər verir ki, bunu Çinin BMT-dəki səfirinin müavini Qen Şuan beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının iclasında deyib.

"İndi biz Təhlükəsizlik Şurasında danışdığımız kimi, ABŞ və onun müttəfiqləri hərbi təlimlər keçirir. Bu hərəkətlər qarşılıqlı etimadı təşviq etməyəcək və yarımadada sülh mexanizminin yaradılmasına gətirib çıxarmayacaq", - diplomat bildirib.

Onun sözlərinə görə, təlimlər gərginliyi daha da gücləndirəcək, qarşıdurma və münaqişə riskini artıracaq, bu, "sonda hətta müharibəyə də səbəb ola bilər”.

Qen Şuan bütün tərəfləri balanslı və ehtiyatlı davranmağa çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru